Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin tədbirində
Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏTPM) Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Bayramov bu qurumun Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 28-də Yunanıstanın Yanina şəhərinə səfər edəcək.
Komitə iclasında “QDİƏT regionunda qaçqın və miqrasiya axınlarının hüquqi problemləri” mövzusunda müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Səfər oktyabrın 30-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi