Beynəlxalq parlament forumunda
Milli Məclisin deputatları Tamam Cəfərova və Ülviyyə Həmzəyeva Faşizm, Neofaşizm və Bənzər Anlayışlara qarşı Dünya Parlament Forumunda iştirak etmək üçün noyabrın 2-də Venesuela Bolivar Respublikasının Karakas şəhərinə səfər edəcəklər.
Forumda faşizmə qarşı mübarizə, faşizmin təzahürlərinə qarşı qanunvericilik mexanizmləri kimi mövzular müzakirə ediləcək.
Səfər noyabrın 7-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi