Milli Məclisin deputatları və parlament Aparatının əməkdaşları “Xarıbülbül zirvəsi”nə yürüş ediblər

Tədbirlər
07 noyabr 2024 | 10:39   
Paylaşın:        

8 noyabr – Zəfər Günü münasibətilə ölkəmizdə bir sıra təntənəli tədbirlər keçirilir. Azərbaycan Respublikasının Milli Məclisi də öz növbəsində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlər təşkil edir.

Qarşıdan gələn 8 noyabr - Zəfər Günü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin komitə sədrləri Şahin İsmayılov, Əli Hüseynli,  Parlament Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavini Rüstəm Mahmudov və Aparatın əməkdaşı Ruslan Hacıyevdən ibarət bir qrup “Xarıbülbül zirvəsi” nə yürüş edib.

Yürüş noyabrın 6-da Quba rayonunun Xınalıq kəndindən başlayıb və 2783 metr hündürlükdə yerləşən “Xarıbülbül zirvəsi”nə qalxmaqla yekunlaşıb. Zirvədə Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə edən yürüş iştirakçıları soyuq hava şəraitinə və çətin relyefə baxmayaraq, yürüş zamanı qarşıya qoyulmuş məqsədə nail olublar.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU