Milli Məclisin deputatları Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir

Tədbirlər
13 noyabr 2024 | 15:42   
Paylaşın:        

 

Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev və deputat Tural Gəncəliyev Şimali Kipr Türk Cümhuriyyətinin Nikosiya şəhərində səfərdədir.

Millət vəkilləri Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasının 41-ci ildönümü münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak edəcəklər.

Səfər noyabrın 17-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU