Milli Məclisin deputatı Türkiyədə səfərdə olacaq
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Axıska türklərinə həsr olunmuş bir sıra tədbirlərdə iştirak etmək üçün noyabrın 16-da Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə səfər edəcək.
Millət vəkili Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun təşkilatçılığı ilə keçiriləcək beynəlxalq simpoziumda iştirak edəcək.
Səfər noyabrın 19-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi