Özbəkistan Ali Məclisi Senatının sədri ölkəmizə səfərə gəlib

Tədbirlər
16 noyabr 2024 | 09:50   
Paylaşın:        

 

Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin deputatı Səttar Möhbalıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU