İslam Həmrəyliyi İdman Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə

Tədbirlər
19 noyabr 2024 | 12:48   
Paylaşın:        

Noyabrın 19-da Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov və komitə üzvləri COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olan İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş katibi Nasser Majalinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Qonaqları salamlayan Şahin İsmayılov onları Azərbaycan parlamentində görməkdən məmnunluğunu ifadə edib. O, COP29-un və COP29 çərçivəsində keçirilmiş Parlament Görüşünün əhəmiyyətindən danışıb, iqlim dəyişmələrinə qarşı mübarizədə parlamentlərin önəmli rolunu qeyd edib.

Söhbət zamanı Şahin İsmayılov qonaqlara ölkəmizdə idman hərəkatının və infrastrukturunun inkişafı, Azərbaycanın beynəlxalq idman oyunlarına evsahibliyi etmək təcrübəsi barədə məlumat verib, ölkəmizin həmişə bu sahədə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə iştirak edən komitə sədrinin müavini Könül Nurullayeva və komitənin üzvü Müşfiq Cəfərov Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar və ölkəmizin idman siyasəti barədə fikirlərini bölüşüblər.

İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş katibi Nasser Majali görüşə görə təşəkkürünü ifadə edib. O, Azərbaycanın əməkdaşlıq üçün cəlbedici ölkə olduğunu diqqətə çatdırıb. Qonaq 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunmasından məmnunluqla danışıb, bu barədə təəssüratlarını bölüşüb.

Söhbətdə idmanın qlobal əhəmiyyəti vurğulanıb, idman sahəsində əməkdaşlığın gələcəyi, görüləcək işlər və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU