Milli Məclisin deputatları Rusiyada səfərdə olacaqlar

Tədbirlər
23 noyabr 2024 | 09:49   

Milli Məclisin deputatları Mixail Zabelin və Elçin Mirzəbəyli noyabrın 25-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.

Millət vəkilləri “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların fraksiyaları və bloklarının qarşılıqlı təsirinin rolu” mövzusunda beynəlxalq konfransda iştirak edəcəklər.

Səfər noyabrın 28-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU