Milli Məclisin deputatı İspaniyaya səfər edəcək

Tədbirlər
25 noyabr 2024 | 17:28   

Milli Məclisin deputatı Müşfiq Cəfərov İmpact Europe (keçmiş Avropa Vençur Filantropik Assosiasiyasının) “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində keçiriləcək “Dəyər həftəsi” konfransında iştirak etmək üçün noyabrın 26-da İspaniyanın Bilbao şəhərinə səfər edəcək.

Tədbirdə müxtəlif ölkələrdən olan sosial investorlar, özəl sektor və dövlət qurumlarının nümayəndələri bir araya gələcək, beynəlxalq sosial sahibkarlıq ekosistemi haqqında ən yaxşı nümunələr paylaşılacaqdır.

Səfər noyabrın 29-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU