Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçiriləcək

Tədbirlər
29 noyabr 2024 | 10:45   

Dekabrın 2-də parlamentdə Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçiriləcək.

Tədbirdə Milli Məclisin deputatları, ziyalılar, hüquqşünaslar, tarixçilər, sahə mütəxəssisləri, media orqanlarının rəhbərləri, təhsil ocaqlarının və dövlət qurumlarının təmsilçiləri iştirak edəcəklər.

İctimai dinləmədə Qərbi Azərbaycandakı doğma yurd-yuvalarından qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun təmin olunması, Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış,  məsələnin qanunvericilik, tarixi, sosial, mədəni aspektləri, qayıdış mövzusunda görülmüş işlər, bu sahədə parlament diplomatiyasının rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.

  

 Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU