ATƏT-in tədbirlərində

Tədbirlər
02 dekabr 2024 | 17:34   

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev dekabrın 3-də Malta Respublikasının Valetta şəhərinə səfər edəcək.

Səfər çərçivəsində deputat ATƏT PA-nın Büro və ATƏT-in Nazirlər Şurasının iclaslarında iştirak edəcək. Tədbirlərdə ATƏT PA-nın fəaliyyəti, prosedur qaydaları və seçkilərin müşahidəsi işi barədə müzakirələr aparılacaq.

Səfər dekabrın 6-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU