Milli Məclisin deputatları Türkiyədə və İspaniyada səfərdə olacaqlar

Tədbirlər
05 dekabr 2024 | 15:43   

Dekabrın 6-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və deputat Məlahət İbrahimqızı Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Deputatlar burada Beynəlxalq İnkişaf və Əməkdaşlıq Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək “Naxçıvan Muxtar Respublikasının 100 illiyi” və “Qərbi Azərbaycana qayıdış siyasəti” adlı tədbirlərdə iştirak edəcəklər.

Dekabrın 8-də isə deputat Məlahət İbrahimqızı UNESCO-nun İrqçiliyə və ayrıseçkiliyə qarşı 4-cü Qlobal Forumda iştirak etmək üçün İspaniyanın Barselona şəhərinə yola düşəcək.

Forumda irqçiliklə mübarizə, gender bərabərliyi, sülh, ədalət və inklüziv siyasət kimi mövzularda müzakirələr aparılacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU