Asiya Parlament Assambleyasının komitə iclasında

Tədbirlər
05 dekabr 2024 | 16:13   

Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev təşkilatın İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-da Bəhreyn Krallığının Manama şəhərinə səfər edəcək.

İclas çərçivəsində ekoloji məsələlər, iqtisadi artım, yoxsulluğun aradan qaldırılması, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin dəstəklənməsində APA-ya üzv parlamentlərin rolu və digər məsələlərə həsr olunmuş qətnamə layihələri müzakirə olunacaq.

Deputatımız iclasda Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da əldə olunan nailiyyətlər və qəbul olunan mühüm qərarlarla bağlı çıxış edəcək, gündəlikdə duran məsələlərə dair müzakirələrə qatılacaq.

Səfər dekabrın 10-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU