Milli Məclisin deputatları Mərakeşə səfər edəcəklər

Tədbirlər
16 dekabr 2024 | 09:27   

Milli Məclis sədrinin müavini Rafael Hüseynov və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa dekabrın 17-də keçiriləcək “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfransda iştirak üçün Mərakeş Krallığının Rabat şəhərinə səfər edəcəklər.

Deputatlar burada Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO-nun) birgə təşkilatçılığı ilə keçirilən konfransın işinə qatılacaqlar, “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı sərgi ilə tanışlıq olacaqlar.

Vitse-spiker Rafael Hüseynovun konfransda çıxışı və tədbirdə iştirak edən nümayəndə heyətləri üzvləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

Səfər dekabrın 18-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU