Milli Məclisin sədri Sahibə Qafarova Ankarada keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb

Sədrin səfərləri
18 dekabr 2024 | 17:54   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.

Səfər çərçivəsində spiker Sahibə Qafarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən "2024 TÜBA və TÜBİTAK Elm Ödülləri Mərasimi"ndə iştirak edib.

Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU