MEDİA NÜMAYƏNDƏLƏRİNİN NƏZƏRİNƏ
Media nümayəndələrinin diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il yaz sessiyasında fəaliyyətini işıqlandırmaq üçün təmsil etdiyiniz media orqanı rəhbərinin adından akkreditasiyadan keçməli olan, Media Reyestrinə daxil edilmiş əməkdaşların anket məlumatları (adı, soyadı və atasının adı, tutduğu vəzifə) göstərilməklə parlament Aparatı rəhbərinin adına müraciətinizi 2025-ci il yanvarın 10-dək Milli Məclisin office@meclis.gov.az e-poçtuna və ya məktub şəklində parlamentin poçt ünvanına (AZ1152, Bakı, Parlament prospekti 1) göndərməyiniz xahiş olunur.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi