Milli Məclisin sədri Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib

Tədbirlər
25 dekabr 2024 | 15:03   

Milli Məclisin sədri Sahibə Qafarova Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib. Azərbaycan parlamentinin spikeri bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir: "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində insanların həlak olması xəbəri hər birimizi sarsıtdı. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU