Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı verib

Tədbirlər
25 dekabr 2024 | 18:19   

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

Numan Kurtulmuş "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədrinə, qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyib.

Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU