Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emomali təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı verib

Tədbirlər
26 dekabr 2024 | 10:48   

Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emomali  “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında faciəvi şəkildə qəzaya uğraması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.

Məktubda Rüstəm Emomali qəzada çoxsaylı insan tələfatı barədə kədərli xəbərdən dərin hüzn keçirdiklərini bildirib, faciə ilə əlaqədar öz adından və Tacikistan Respublikası Ali Məclisinin Milli Məclisi adından Milli Məclisin sədrinə, qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU