Pakistan Milli Assambleyasının sədri təyyarə qəzası ilə əlaqədar başsağlığı verib
Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.
Sərdar Ayaz Sadiq Milli Assambleyanın üzvləri və öz adından təyyarə qəzası ilə bağlı dərin hüznlə başsağlığı verərək, yaralananların tezliklə sağalmasını arzulayıb.
"Bu kədərli anda Pakistan parlamenti, hökuməti və xalqı, qardaş Azərbaycan xalqı ilə həmrəy olduqlarını ifadə edirlər. Yaxınlarını itirən ailələrin dərdinə şərikik və xəsarət alanların tezliklə sağalması üçün dualar edirik. Xahiş edirik, Pakistan xalqının başsağlığını onlara çatdırasınız", - deyə məktubda qeyd olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi