Gürcüstan parlamentinin sədri Azərbaycan xalqına başsağlığı verib

Tədbirlər
26 dekabr 2024 | 14:57   

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Bu barədə Şalva Papuaşvili özünün sosial şəbəkələrdəki səhifəsindən paylaşım edib.

Paylaşımda deyilir: "Böyük ürək ağrısı ilə “Azərbaycan Hava Yolları”nın təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, Azərbaycan xalqına baş sağlığı verirəm.

Kədərinizə şərikik, yaralıların tezliklə sağalmasını arzulayırıq".

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU