Qazaxıstan Parlament Məclisinin sədri Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb

Tədbirlər
26 dekabr 2024 | 16:16   

Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.

Parlament Məclisinin sədri, məktubda özünün və qazaxıstanlı deputatların adından Azərbaycan xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların sağalmasını arzulayıb.

"Bu çətin günlərdə qardaş Azərbaycan xalqına səbir və dözüm arzulayıram", - deyə məktubda qeyd edilib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU