Monteneqro Parlamentinin sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb

Tədbirlər
26 dekabr 2024 | 17:13   

Monteneqro Parlamentinin sədri Andriya Mandiç "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: "Dünən baş verən və onlarla insanın həyatına son qoyan faciəvi təyyarə qəzası xəbərini dərin hüznlə aldıq. Bu çətin anlarda Monteneqro parlamenti adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm".

Bu böyük faciədən heyrətə gəldiyini deyən parlamentin sədri faciə zamanı xəsarət alanlara tezliklə şəfa diləyib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU