Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının sədri təyyarə qəzası ilə əlaqədar başsağlığı verib

Tədbirlər
26 dekabr 2024 | 18:19   

Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandes "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib. Bununla bağlı Milli Assambleya sosial şəbəkələrdəki səhifəsindən paylaşım edib.

Paylaşımda Xuan Esteban Lazo Hernandesin qəza nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verilib və həmrəylik ifadə olunub.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU