Qırğızıstan Joqorku Keneşinin sədri Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb

Tədbirlər
27 dekabr 2024 | 09:47   

Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev "Azərbaycan Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: "Azərbaycana məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbərini dərin hüznlə qarşıladıq. Qırğızıstan Joqorku Keneşinin və öz adımdan həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayıram...

Bu çətin günlərdə sizin kədərinizi bölüşür və qardaş Azərbaycan xalqına səbir diləyirik”, - deyə məktubda qeyd edilib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU