Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu göndərib

Tədbirlər
28 dekabr 2024 | 09:31   

Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu göndərib. Baş verən faciə haqqında xəbərdən çox kədərləndiyini bildirən Əhməd Məhəmməd Əlcərvan bu çətin günlərdə Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə həmrəy olduğunu söyləyib.

O, Milli Məclisin sədrinə, baş verən faciə zamanı vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmalarını diləyib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU