Türkmənistan Məclisinin sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb

Tədbirlər
28 dekabr 2024 | 14:45   

Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: "Türkmənistan Məclisinin deputatları adından biz “Azərbaycan Hava Yolları” aviaşirkətinin sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması  ilə əlaqədar dərin hüznlə başsağlığı veririk.

 Bu çətin günlərdə həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığımızı və təsəllimizi çatdırmağınızı xahiş edir, zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq."

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU