Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

Tədbirlər
03 yanvar 2025 | 10:34   

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Parlamentinin sədri Andriya Mandiçə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir:

“Monteneqronun Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi dərindən kədərləndirdi. Bu faciə ilə əlaqədar Sİzə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.”

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU