Asiya Parlament Assambleyasının tədbirində

Tədbirlər
09 yanvar 2025 | 14:48   

Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev təşkilatın Siyasi məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün yanvarın 10-da İraq Respublikasının Bağdad şəhərinə səfər edəcək.

İclasda məhkəmə hakimiyyətinin gücləndirilməsi və qanunun aliliyi, dostluq və əməkdaşlıq vasitəsilə Asiyada tərəqqinin təmin edilməsi, demokratiya yolu ilə harmonik inkişaf və digər məsələlərə həsr olunmuş qətnamə layihələri müzakirə olunacaq, bəzi təşkilati məsələlərə baxılacaq.

Səfər yanvarın 13-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU