Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu ünvanlayıb

Tədbirlər
09 yanvar 2025 | 17:55   

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanda baş vermiş yanğında beş uşağın həlak olması ilə əlaqədar Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: “Gürcüstanın Qali rayonunun Saberio kəndində baş vermiş yanğında beş uşağın həlak olması xəbəri bizi olduqca kədərləndirdi.

Bu faciə ilə bağlı acınızı paylaşır, Sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan Respublikası
Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verirəm.”

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU