Milli Məclisin deputatları Belarusda seçkiləri müşahidə edəcəklər

Tədbirlər
23 yanvar 2025 | 16:22   

Milli Məclisin bir qrup deputatı Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün yanvarın 24-də bu ölkənin Minsk  şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin sədr müavini Musa Qasımlı, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə və deputat Bəhruz Məhərrəmov ikitərəfli əsasda, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov MDB İcraiyyə Komitəsinin, deputatlar Xanlar Fətiyev və Sabir Hacıyev isə MDB PA-nın xətti ilə Belarusda yanvarın 26-da keçiriləcək prezident seçkilərinə hazırlıqla tanış olacaqlar və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər yanvarın 27-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU