Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər

Tədbirlər
11 fevral 2025 | 12:51   

Milli Məclisin komitə sədrləri - Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, işçi qrupunun üzvləri Azər Əmiraslanov və Musa Quliyev fevralın 12-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin komitə sədrləri bu ölkənin ali qanunvericilik orqanında olacaq, Gürcüstan parlamentinin rəhbərliyi və komitə sədrləri ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və digər mövzularda fikir mübadiləsi aparacaqlar.

Səfər fevralın 13-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU