Belarus Milli Assambleyası Respublika Şurasının sədri ölkəmizə səfərə gəlib

Tədbirlər
18 fevral 2025 | 08:00   

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova fevralın 18-də ölkəmizə rəsmi səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin müavini Musa Qasımlı, Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, qrupun üzvü Xanlar Fətiyev, hər iki ölkənin səfirləri Məhərrəm Əliyev, Dmitriy Pineviç və digər rəsmi şəxslər qarşılayıblar.

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, bununla yanaşı,  Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak edəcəkdir.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU