Belarus parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Tədbirlər
18 fevral 2025 | 16:08   

Ölkəmizdə rəsmi səfərdə olan Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 18-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Belarus parlamentinin nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıblar, məzarları üzərinə tər çiçəklər düzüblər və “Əbədi məşəl” abidəsinin ününə əklil qoyublar.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU