Aralıq Dənizi Ölkələri Parlament Assambleyasının plenar iclasında

Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli fevralın 19-da İtaliyanın Roma şəhərinə səfər edəcək.
Səfərdə deputat Aralıq Dənizi Ölkələri Parlament Assambleyasının 20-21 fevral tarixində keçiriləcək 19-cu plenar iclasında iştirak edəcək, müzakirə edilən məsələlərə münasibət bildirəcək.
Səfər fevralın 21-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi