MDB PA-nın Elm və təhsil üzrə daimi komissiyasının iclasında

Tədbirlər
06 mart 2025 | 15:17   

 

    Martın 6-da Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının (MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

   Tədbirdə MDB PA-da Milli Məclisin  nümayəndə heyətinin üzvləri – MDB PA-nın elm və təhsil üzrə daimi komissiyasının sədr müavini Bəxtiyar Əliyev və komissiyanın üzvü  Fariz İsmayılzadə iştirak ediblər.

    İclasda  “Süni intellekt texnologiyaları haqqında”, “MDB-yə üzv dövlətlər üçün gənc istedadların inkişafı və dəstəklənməsi sisteminin normativ-hüquqi tənzimlənməsi”  və digər qanun layihələri ətrafında müzakirələr aparılıb.

  Onlayın iclasın sonunda komissiyanın növbəti iclasının tarixi və gündəliyi müəyyənləşdirilib.

 

                                                     Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU