“Neokolonializmin müasir təzahürləri ilə mübarizə tərəfdarları Forumu”nun Ekspertlər Şurasının iclasında

Tədbirlər
06 mart 2025 | 17:44   

Martın 6-da Milli Məclisin deputatı Nizami Səfərov “Neokolonializmin müasir təzahürləri ilə mübarizə tərəfdarları Forumu”nun Daimi Komitəsinin üzvü qismində qurumun nəzdində yaradılmış Ekspertlər Şurasının iclasında onlayn formatda iştirak edib.

İclasda neokolonializm təzahürlərinin əsarətdən azad olmuş dövlətlərin sosial-iqtisadi inkişafına neqativ təsirləri və onlarla mübarizə mövzusunda müzakirələr aparılıb.

Onlayn iclasda çıxış edən Nizami Səfərov bildirib ki, müasir şəraitdə kolonializm sisteminin süqutundan yarım əsrdən çox vaxt keçsə də, qlobal beynəlxalq gündəmdə iqtisadi bərabərsizlik və post-müstəmləkə dövlətlərinin azad sosial-iqtisadi inkişaf hüquqlarının məhdudlaşdırılması ilə mübarizə problemləri mühüm yeri tutur. Deputat diqqətə çatdırıb ki, bu istiqamətdə dövlətlər yeni çağırışlarla və təhdidlərlə mübarizədə səylərini birləşdirməlidirlər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU