Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmə keçiriləcək
Martın 10-da parlamentdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmə keçiriləcək.
Tədbirdə Milli Məclisin deputatları, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, hüquqşünaslar, tarixçilər və təhsil ocaqlarının təmsilçiləri iştirak edəcəklər.
İctimai dinləmədə Qərbi Azərbaycandakı doğma yurd-yuvalarından qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun təmin olunması prosesində QHT-lərin rolu barədə danışılacaq, Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdışın həyata keçirilməsi üçün görülmüş işlər, qarşıda dayanan vəzifələr və digər mövzularda müzakirələr aparılacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi