Milli Məclisin deputatı elmi-praktik konfransda iştirak edəcək

Milli Məclisin deputatı Vüqar Bayramov martın 10-da Moldovanın Kişineu şəhərinə səfər edəcək.
Deputatımız orada “Gələcək üçün sinerjilərin təminatı” mövzusunda keçiriləcək elmi-praktiki konfransda iştirak edəcək, müzakirə olunacaq məsələlərə münasibət bildirəcəkdir.
Səfər martın 13-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi