Milli Məclisin sədri Sahibə Qafarovanın Gürcüstana rəsmi səfəri başlayıb

Martın 10-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gəlib.
Tbilisinin Şota Rustaveli Beynəlxalq Aeroportunda nümayəndə heyətini Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani, hər iki ölkənin səfirləri Zurab Pataridze, Faiq Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarovanın Gürcüstan rəhbərliyi ilə bir sıra görüşləri nəzərdə tutulub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi