TÜRKPA-nın komissiya iclasında

Tədbirlər
10 mart 2025 | 16:48   

Martın 11-də Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Heydər Əsədov TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyanın onuncu iclasında iştirak etmək üçün Qırğız Respublikasının Bişkek şəhərinə səfər edəcəklər. Xatırladırıq ki, Əhliman Əmiraslanov adıçəkilən komissiyanın sədri, Heydər Əsədov isə üzvüdür.

İclasda “TÜRKPA üzv dövlətlərin Dayanıqlı İnkişaf Məqsədləri kontekstində ekoloji davamlılıq və yaşıl dünya sahəsində əməkdaşlığı” mövzusunda hesabat məruzəsi dinləniləcək, “Ekoloji təhsil və maarifləndirmə haqqında” və “Kurortlar, sahilyanı sağlamlıq və təbii müalicə yerləri haqqında”  Model Qanun layihələrinin işlənib hazırlanmasına, həmçinin gündəliyin digər məsələlərinə baxılacaq.  Milli Məclisin deputatları tədbir çərçivəsində “Ətraf mühitin mühafizəsi: yeni çağırışlar” mövzusunda seminarda da iştirak edəcəklər.

Səfər martın 15-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU