Estoniyalı parlamentarilər Ulu Öndərin məzarını və Zəfər parkını ziyarət edibllər
Ölkəmizdə səfərdə olan Estoniya Respublikası Parlamentinin Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Riina Solman və qrupun üzvü Maria Jufereva-Skuratovski martın 13-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Sonra nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri düzüb, qonağlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azerbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Afət Həsənova və digər rəsmi şəxslər müşayiət ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi