MDB PA-nın daimi komissiyasının onlayn iclasında

Tədbirlər
13 mart 2025 | 16:25   

 

  Martın 13-də Müstəqil Dövlət Birliyinin Parlament Assambleyasının (MDB PA) Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin deputatı, MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının sədr müavini Mixail Zabelin iclasda  iştirak edib. 

Tədbirdə “Radioaktiv tullantılarla rəftar haqqında”, “İstixana qazlarının emissiyasının məhdudlaşdırılması haqqında”, “Torpaq idarəçiliyi haqqında” və digər model qanun layihələrinə dair müzakirələr aparılıb.

                                                     Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 

 

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU