Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ölkəmizə rəsmi səfərə gəlib

XƏBƏRLƏR
16 mart 2025 | 17:38   

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko martın 16-da ölkəmizə rəsmi səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Polad Bülbüloğlu, hər iki ölkənin səfirləri Rəhman Mustafayev, Mixail Yevdakimov və digər rəsmi şəxslər qarşılayıblar.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, bununla yanaşı,  Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasında iştirak edəcəkdir.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU