Azərbaycan və Braziliyanın parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn görüşü keçirilib

Tədbirlər
18 mart 2025 | 18:27   

Martın 18-də Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Müşfiq Məmmədli ilə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Klaudio Kaxado arasında onlayn görüş keçirilib.

Görüşdə Müşfiq Məmmədli  və Braziliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat  Vüqar Bayramov ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyəti, iki ölkə arasında iqtisadi münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikirlərini açıqlayıblar.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU