Milli Məclisin sədri Sahibə Qafarova PAİ-nin 150-ci Assambleyası çərçivəsində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb

Sədrin səfərləri
07 aprel 2025 | 12:32   

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasında Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Rusiya arasında bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Federasiya Şurasının sədri cari ildə ölkəmizə səfəri ilə bağlı müsbət təəssüratlarını bölüşüb.

Söhbət zamanı, həmçinin parlamentlərimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərinə nəzər salınıb, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU