Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı məktubu ünvanlayıb

Tədbirlər
28 aprel 2025 | 16:50   

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Baqer Qalibafa başsağlığı məktubu ünvanlayıb.

Parlamentin sədri İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insanların həlak olması və yaralanması ilə əlaqədar kədərləndiyini bildirib. Spiker İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından dərin hüznlə başsağlığı verib, həlak olanlara Allahdan rəhmət diləyib, yaralananların tezliklə sağalmasını arzulayıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU