İtaliyalı parlamentarilər Ağdam, Xankəndi və Şuşaya səfər ediblər

Tədbirlər
01 may 2025 | 17:57   

Mayın 1-də İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Ağdama gəlib.

Nümayəndə heyətinin üzvləri Ağdam şəhərində görülən işlər və buradakı İmarət kompleksi ilə tanış olublar.

Sonra qonaqlar Xankəndi şəhərinə gəliblər. Onlar burada Zəfər meydanını gəziblər, qonaqlara şəhərdə  görülən işlər barədə məlumat verilib.

İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Xankəndidən sonra Şuşa şəhərinə gəlib.

Səfər zamanı nümayəndə heyəti Cıdır düzü, Şuşanın tarixi məkanları, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə tanış olub.

Qonaqları Milli Məclisin deputatı, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli müşayiət edib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU