Faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının töhfəsinə həsr olunmuş sərgidə

Milli Məclis sədrinin müavini Rafael Hüseynov İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına həsr olunmuş tədbirlərdə iştirak etmək üçün mayın 6-da Sloveniya Respublikasının Lyublyana şəhərinə səfər edəcək.
Vitse-spiker səfər çərçivəsində Sloveniyanın Nova Qoritsa şəhərində təşkil olunacaq Mehdi Hüseynzadənin xatirəsinə, İkinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı döyüşçülərə və faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının töhfəsinə həsr olunmuş sərgidə iştirak edəcək.
Səfər mayın 8-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi