Deputatımız İtaliyaya səfər edəcək

Tədbirlər
08 may 2025 | 17:12   

Milli Məclisin deputatı Tural Gəncəliyev mayın 12-də İtaliya Respublikasının Roma şəhərinə səfər edəcək.

Millət vəkili səfər çərçivəsində “İdentiklik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər” mövzusunda keçiriləcək konfransda iştirak edəcək.

Səfər mayın 14-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU